Bu müharibə İsrailin sonuncu şansı idi və bunu özləri də etiraf etdilər. İsrailin əsas məqsədi özünə müttəfiq olacaq Kürdüstan dövləti qurmaqla Türkiyəni və İranı zəiflətməklə son məqsədi olan Böyük İsrail dövlətini qurmaq, ABŞ-ın məqsədi isə İranda özünə tabe olan marionetka hökumət qurmaq və İranın təbii ehtiyatlarına yiyələnmək idi. Hər ikisi qarşıya qoyduqları bu strategi hədəflərə çatmadıqlarına görə məğlub hesab edilirlər. Müharibənin əsas nəticəsi o oldu ki, İsrail və ABŞ mifi dağıldı, İranın nəinki bölgədə, bütün dünyada siyasi çəkisi çox artdı. Artıq ciddi analitiklər İranı dünyanın 4-cü superdövləti adlandırırlar.
Müharibənin ABŞ və İsrail cütlüyü üçün ən acı nəticəsi o oldu ki, izolyasiyaya düşdülər. Trampın bütün cəhdlərinə baxmayaraq, onun hətta ən yaxın müttəfiqləri olan Böyük Britaniya, Kanada və Avstraliya da antiiran koalisiyasına qoşulmadılar.
İspaniya, İtaliya ABŞ və İsrailə üsyan etdi, Braziliya hətta İsrail səfirini ölkədən qovdu. Nato və Avropa birliyi də bu cütlüyə qarşı çıxdı. Hətta Roma papası da Trampı kəskin tənqid etdi. Beləliklə, dünyada ABŞ-dan başqa İsrailin faktiki olaraq müttəfiqi qalmadı.
Noyabrda keçiriləcək ara seçimlərində məğlubiyyətin qaçılmaz olduğunu nəhayət ki, dərk edən Tramp da ilk növbədə öz partiya yoldaşlarının təzyiqi ilə müharibədən çıxmaq üçün yollar axtarır.
28 fevralda başlayan müharibənin siyasi nəticələri budur! Ən çox itirən İsraildir, itirən həm də ABŞ və Trampdır. Qazanan isə İrandır. Ən çox qazanan isə getdikcə dünya liderliyinə yüksələn Çindir.
Nazir ƏHMƏDLİ
