Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin 3b sinif şagirdləri rayonda yerləşən orta əsrlərə məxsus qədim Şəmkir qalasına ekskursiya təşkil ediblər.
ELAZ.İNFO xəbər verir ki, əlamətdar və tarixi günlərə xüsusi həssaslıqla yanaşan vətənpərvər şagirdlər qalanın tarixi və əhəmiyyəti ilə yaxından tanış olublar. Ekskursiya zamanı sinif müəllimi İlahə Salman öz zəngin təcrübələrini şagirdləri ilə bölüşərək, bu cür tarixi məkanların qorunmasının vacibliyini vurğulayıb. O, bu abidələrin bizə babalarımızdan miras qaldığını və gələcək nəsillərə ötürülməli olan mühüm bir əmanət olduğunu xüsusi qeyd edib. Şagirdlər qədim divarlar arasında tarixin izlərinə toxunaraq Azərbaycanın zəngin keçmişi haqqında maraqlı məlumatlar əldə ediblər.
Bu cür təşəbbüslər gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik ruhunda böyüməsi və tariximizə sahib çıxması baxımından böyük əhəmiyyət kəsb edir. Vətənpərvər şagirdlərimizə və onlara bu sevgini aşılayan müəllimlərəinə təşəkkür edirik.
Ruslan Məmmədov

