Kənan Yıldız A Seriyasının Mart ayının yüksələn ulduzu seçilib

21.04.2026 Müəllif: Natəvan BƏYDİLİ Şərh: 0

ELAZ.İNFO xəbər verir ki, “Yuventus”da çıxış edən Türkiyə millisinin futbolçusu Kənan Yıldız İtaliya A Seriyasında “Ayın yüksələn ulduzu” mükafatını qazanıb.


Serie A-nın internet saytından verilən açıqlamaya görə, 27-30-cu həftələrin matçlarında 23 yaşa qədər futbolçular arasında ən yaxşı performans göstərən Kənan Mart ayının Yüksələn Ulduzu seçilib.

Milli futbolçu mükafatını aprelin 6-da “Yuventus”un “Cenoa” ilə liqa oyunundan əvvəl alacaq.

Sənan Fürsətoğlu

Bizi izləyin və paylaşın
👁 0
Teqlər:
Natəvan BƏYDİLİ