İrandan gələn radikal fars-molla şiəçiliyi, Türkiyədən gələn FETÖ-çuluq-nurçuluq hərəkatı ölkəmiz üçün nə qədər təhlükəlidirsə, İsrail və ABŞ-ın dəstəyilə Səudiyyə Ərəbistanından ixrac olunan vəhhabilik-xəvariclik də ictimai asayişimiz üçün bir o qədər potensial təhdid mənbəyidir.
Zaqatalada vəhhabi dini təriqətinin üzvlərinin borc üstündə 26 yaşlı Bəşirov Vüsal Vahid oğlunun qollarını balta ilə kəsmələri faktı da bu təriqətin orta əsrlər zehniyyəti ilə hərəkət edən qəddar bir cərəyan olduğunu göstərir.
İslam ölkələrindən idarə olunan bu təriqətlərin və Qərb ölkələrinin dəstəyilə fəaliyyət göstərən gizli sektaların məqsədi ölkəmizi cəhalət bataqlıqına surükləmək və milli birliyi parçalamaqdır.

Diqqətli olmalıyıq!
Əlisahib HÜSEYNOV
