Onilliklər ərzində planetin ən nəhəng buz kütləsi sayılan “A23a” aysberqi Cənub okeanındakı dreyfi zamanı parçalanaraq tarixə qarışıb.
ELAZ.İNFO xəbər verir ki, Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AETİ) yaydığı məlumata görə, “buz nəhəngi” həyatı dövründə sahəsinin 99%-ni itirərək xırda hissələrə bölünüb. Alimlər son 40 il ərzində bu nəhəng buz parçasının taleyini addım-addım izləyiblər.
Aysberqin tarixi 1986-cı ilə təsadüf edir; o zaman Filxner şelf buzlağından qopan bu kütlənin sahəsi 4 170 kvadratkilometr idi ki, bu da bir çox böyük şəhərlərin ərazisindən dəfələrlə çoxdur. 30 ildən artıq Veddell dənizində hərəkətsiz qalan aysberq, 2023-cü ildən etibarən aktiv hərəkətə başlamışdı. Lakin 2025-ci ilin ortalarından etibarən isti suların və fırtınaların təsiri ilə sürətlə əriməyə başlayıb.
Hazırda aysberqin sahəsi 50 kvadratkilometrdən də azdır və o, Atlantik okeanı istiqamətində dreyf edərək tamamilə əriməkdədir. Son üç ayda təxminən 1000 kilometr məsafə qət edən buz parçaları artıq okean sularında təhlükəli nəhəng kütlə statusunu itirib. Bu hadisə qlobal iqlim dəyişikliyinin və okean cərəyanlarının Antarktida buzlaqlarına göstərdiyi təsirin növbəti bariz nümunəsi hesab olunur.
Ruslan Məmmədov

