Azərbaycanın regionlarında kənd təsərrüfatının inkişafı və biomüxtəlifliyin qorunması məqsədilə irimiqyaslı layihənin icrasına başlanılıb. Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) birgə əməkdaşlığı ilə Salyan, Lənkəran və Astara rayonlarında maarifləndirici təlimlər start götürüb.
ELAZ.İNFO xəbər verir ki, “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi çərçivəsində keçirilən bu təlimlər xüsusi mühafizə olunan təbiət ərazilərinin ətrafında yaşayan əhalinin rifahını yüksəltməyi hədəfləyir. erli fermerlərin iqtisadi fəallığını gücləndirmək və müasir aqrar metodları onlara aşılamaq. Təlimlər meyvəçilik, bitkiçilik, heyvandarlıq, arıçılıq, balıqçılıq və texnikadan səmərəli istifadə kimi bölgəyə xas sahələri əhatə edəcək. İlk təlimlər interaktiv formatda keçirilərək əkin subsidiyaları, toxum və ting təminatı, həmçinin gübrə və damazlıq heyvan dəstəyi barədə fermerləri məlumatlandırıb. İştirakçılara müasir suvarma sistemlərinə çıxış, aqrar sığorta mexanizmləri və güzəştli kredit imkanları barədə ətraflı izahatlar verilib. Layihənin cari ilin aprel-dekabr ayları ərzində davam etməsi nəzərdə tutulur. Bu müddət ərzində regionlarda həm ekoloji tarazlığın qorunması, həm də kənd təsərrüfatı məhsuldarlığının artırılması istiqamətində sistemli maarifləndirmə işləri aparılacaq.
Xüsusilə Salyan və cənub bölgəsinin aqrar potensialını nəzərə alsaq, bu növ beynəlxalq əməkdaşlıq layihələri yerli sahibkarlar üçün yeni qapılar açır.
Ruslan Məmmədov

