Kür çayında suyun səviyyəsi kəskin yüksəlir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin verdiyi son məlumata görə, ölkənin əsas su arteriyası olan Kür çayının müxtəlif məntəqələrində suyun səviyyəsində nəzərəçarpacaq artım müşahidə olunur.

ELAZ.İNFO xəbər verir ki, çaylarda suyun vəziyyəti və axım sürəti mütəxəssislər tərəfindən daimi nəzarətdə saxlanılır. Digər çaylarda qeydə alınan su sərfi isə Tərtərçayda saniyədə 9, Tutqunçayda 7, Həkəriçayda 13, Bəsitçayda 7, Zabuxçayda 4, Bərgüşadçayda 23, Oxçuçayda 14, Levçayda 7, Şəlvəçayda isə 3 kubmetr təşkil edir.

Aparılan monitorinqlər göstərir ki, hazırda Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 11 sm artaraq 893 sm, Sabirabad rayonu ərazisində 7 sm artaraq 751 sm, Şirvan ərazisində 16 sm artaraq 557 sm, Salyan rayonu ərazisində 20 sm artaraq 685 sm, Neftçala rayonu ərazisində isə 4 sm artaraq 190 sm olaraq qeyd edilib.

Məsələ ilə bağlı bildirilib ki, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən riskli ərazilərdə mütəmadi müşahidələr aparılır. Toplanmış məlumatlar Agentliyin aidiyyəti tabeli təşkilatları və digər müvafiq qurumlara təqdim olunaraq vəziyyət tam nəzarətdə saxlanılır. Bu cür səviyyə artımları çaykənarı ərazilərdə təhlükəsizlik tədbirlərinin diqqətdə saxlanılmasını zəruri edir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın