“İnter” İtaliya Kubokunda finala yüksəldi: Çalhanoğlu dubl etdi

İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter” və “Komo” komandaları üz-üzə gəlib.

ELAZ.İNFO xəbər verir ki, Milanda keçirilən gərgin qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İlk qarşılaşmada qolsuz heç-heçə (0:0) qeydə alındığı üçün bu qələbə milanlıları turnirin finalına daşıyıb. Oyunun gedişatı “İnter” üçün asan olmayıb; Martin Baturina (32) və Lüka da Kunyanın (48) qolları ilə “Komo” hesabı 2:0 edərək böyük üstünlük qazanıb. Lakin “İnter” möhtəşəm geri dönüşə imza atıb. Hakan Çalhanoğlu (69 və 86) dubl edərək tarazlığı bərpa edib, Petar Suçiç isə 89-cu dəqiqədə qələbə qolunu vuraraq komandasını finala çıxarıb. Finalda “İnter”in rəqibi bu gün, aprelin 22-də Berqamoda keçiriləcək “Atalanta” – “Latsio” oyunundan sonra bəlli olacaq (ilk oyun 2:2). İtaliya Kubokunun həlledici final matçı isə 13 may tarixində baş tutacaq.

Qeyd edək ki, “İnter” tarixində 15 dəfə İtaliya Kubokunun sahibi olub. Bu göstərici üzrə rekord 22 titulla “Yuventus”a məxsusdur. Ötən il isə kuboku gözlənilmədən “Bolonya” qazanmışdı.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın