Xırdalan şəhərində adam oğurluğuna təşəbbüs olub

Xırdalan şəhərində adam oğurluğuna təşəbbüs olub.

ELAZ.İNFO xəbər verir ki, dünən axşam saatlarında Abşeron rayon Xırdalan şəhər 265-də adam oğurluğuna təşəbbüs halı qeydə alınıb. Belə ki, bina sakini Yusifova Gülbacı Hüseynova Humay İsrafil qızı tərəfindən təzyiqə məruz qalıb. Humay İsrafil qızı nə qədər təkid etsə də, Gülbacı Yusifovanı maşına oturda bilməyib. Səsə qonşular gəlib.

 Məlumat üçün bildirək ki, Humay Hüseynova Viləşçay MTK-nın sabiq sədri İsrafil Hüseynovun qızıdır. Məhkəmə qərarları ilə binanın idarəçiliyindən uzaqlaşdırılan keçmiş komendant Ülviyyə Hüseynovanın böyük bacısıdır. Ata və bacılar birgə şəkildə fəaliyyət göstərərək, haqqını tələb edən bina sakinlərinə qarşı təhqir, şantaj və təzyiq göstərirlər. Humay Hüseynovanın bu əməli bacısının komendant olaraq qalması üçüm verdiyi dəstəkdir.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl yenə həmin binanın sakini Elçin Hüseynova da İsrafil Hüseynovun oğlu Zaur Hüseynov yanında adam toplayaraq fiziki şiddət göstərmişdi.

Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə zəng olunub. Hadisə yerinə gələn Abşeron rayon Xırdalan şəhər Polis İdarəsinin əməkdaşları Humay Hüseynovanı törətdiyi əmələ görə sorğuya götürüb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights