Timoşenko və Kolomoyski Yermakı həbsxana həyatı ilə tanış edirlər

Təcrübəli məhbuslar Timoşenko və Kolomoyski Yermakı həbsxana həyatı ilə tanış edirlər

ELAZ.İNFO Ukraynada paylaşılan videomemdən görüntünü təqdim edir. Burada 3 nəfər təsvir olunur. Biri (Timoşenko) həbsdə olub, digəri (Kolomoyski) həbsdədir, üçüncüsü (Yermak) həbsə hazırlanır.

Məlumat üçün bildirək ki, Yulia Timoşenko (Qriqyan) – Ukraynanın baş naziri olub (XII.2007-III.2010); 2011-ci ildə korrupsiya ittihamı ilə 7 il həbs cəzası alıb, lakin 2014-cü ildə həbsdən azad edilib; həmin ildən Ali Radanın deputatıdır. Keçən ay NABU ona qarşı yenidən korrupsiya ittihamı irəli sürüb, cinayət işi məhkəməyə verilib.

-İqor Kolomoyski – Ukraynanıın ən güclü oliqarxlarından biridir; Ukrayna Birləşmiş Yəhudi Cəmiyyətinin prezidentidir; Zelenskinin sponsoru və hakimiyyətə gətirəni olub; 2023-cü ildən korrupsiya və qətl sifarişçisi ittihamları ilə istintaq təcridxanasına yerləşdirilib, indiyədək məhkəməsi gedir.

-Andrey Yermak – Ukrayna Prezident Ofisinin başçısı olub (II.2020-XI.2025); Zelenskinin sağ əli idi (bu ilin mayınadək), “boz kardinal” adlandırılırdı, NABU-nun “Mindiçgeyt” işi ilə bağlı Zelenski onu vəzifəsindən azad etməyə məcbur oldu; bu ilin mayında NABU ona qarşı korrupsiya maddələri üzrə ittiham irəli sürdü. Məhkəmə $3,1 milyon girov müqabilində onu məhkəməyədək istintaq təcridxanasından azad etdi.

Videoda təcrübəli məhbuslar Timoşenko və Kolomoyski Yermakı həbsxana həyatı ilə tanış edirlər.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın