Acun Ilıcalının futbol komandası İngiltərəni silkələdi

Hull City Premyer Liqaya yüksəldi və Trabzonspor külli miqdarda pul qazandı. Acun Ilıcalının komandası Hull City 10 ildən sonra Premyer Liqaya qayıtdı. Wembley Stadionunda keçirilən bu tarixi matçda Hull City bayraqları və Türkiyə bayraqları birlikdə dalğalanırdı.

ELAZ.İNFO Anadolu Ajans-a istinadən xəbər verir ki, narıncı və qara komanda pley-off finalında Middlesbro-nu 1-0 hesabı ilə məğlub etdi. Oliver McBurnie qələbə qolunu 90+5-ci dəqiqədə vurdu.

Hull City, Premyer Liqaya yüksəldikdən sonra, Abdülkadir Ömür transferindəki bəndə görə Trabzonspora 2,5 milyon avro ödəyəcək.

Hull City, Abdülkadir Ömürü 2024-cü ilin fevral ayında Trabzonspordan 5 milyon avroya aldı.

Transferdə gələcək satışların 50%-i və Premyer Liqaya yüksəlmək müqabilində 2,5 milyon avro ödəniş bəndi var idi.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın