Tahir Kərimliyə yubiley mükafatı: 70 illik ömür yoluna ehtiram

Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri olan Tahir Kərimlinin 70 illik yubileyi münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətində (AQAC) əlamətdar görüş keçirilib.

ELAZ.İNFO xəbər verir ki, görüş zamanı yubilyarın çoxillik fəaliyyəti və cəmiyyət qarşısındakı xidmətləri yüksək qiymətləndirilib. İndi 70 yaşın sadəcə bir rəqəm olduğunu düşünənlər bir məqama diqqət etsinlər ki, bu illərin arxasında dövlətçiliyə xidmət, prinsipial mövqe və humanitar dəyərlərə sadiqlik dayanan böyük bir təcrübə dayanır.

Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruz Aslan Tahir Kərimlini yubiley münasibətilə təbrik edərək, ona AQAC-nin yubiley medalını təqdim edib. Görüşdə vurğulanıb ki, bu cür təltiflər təkcə fərdi uğurların deyil, həm də milli birliyə və xeyriyyəçilik ənənələrinə verilən dəyərin bariz nümunəsidir. Tahir Kərimli göstərilən diqqətə görə öz minnətdarlığını bildirərək, humanitar fəaliyyətin və milli maraqların hər zaman prioritet olduğunu qeyd edib.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights