ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşib.
ELAZ.İNFO xarici mediaya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Kaliforniyanın cənub-qərb ətraflarında yaşayan 31 yaşlı Kol Tomas Allendir.
Məlumata görə, 31 yaşlı Kol Tomas Allen artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və hazırda polis nəzarətindədir. Hadisənin motivləri və digər detallar barədə hələlik rəsmi açıqlama verilməsə də, araşdırmalar davam edir.
Vaşinqton prokuroru Cenin Pirro bildirib ki, şübhəli şəxs bazar ertəsi günü məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə prosesində hadisənin təfərrüatlarının və Allənə qarşı irəli sürüləcək rəsmi ittihamların məlum olacağı gözlənilir.
Xatırladaq ki, atışma Ağ Ev Müxbirləri Assosiasiyasının ənənəvi qəbulu zamanı baş verib və böyük təşvişə səbəb olub.
Ruslan MƏMMƏDOV
