SSRİ-nin rəhbəri Nikita Xruşşovun 1964-cü ildə Dağlıq Qarabağla bağlı səsləndirdiyi kəskin fikirlər yenidən gündəmə gəlib. O, ermənilərin ərazi iddialarına qarşı çıxaraq onlara unudulmaz bir təklif etmişdi.
ELAZ.İNFO arxiv sənədlərinə istinadən xəbər verir ki, Ermənistanın Dağlıq Qarabağı özünə birləşdirmək cəhdlərinin artdığı bir vaxtda, 1964-cü ildə SSRİ rəhbəri Nikita Xruşşov bu iddialara son qoyan tarixi bəyanat verib.
Xruşşov ermənilərin torpaq iddiasına cavab olaraq bildirmişdi: ”Dağlıq Qarabağ erməniləri əgər Ermənistanla birləşmək istəyirsə, mən bir gün ərzində DQMV ermənilərinin Ermənistana köçürülməsi üçün 12 min hərbi yük maşını verməyə hazıram. Maşınlara minsinlər və gedib Ermənistanla birləşsinlər”.
Bu sitat Sovet rəhbərliyinin həmin dövrdə ərazilərin dəyişdirilməsinə yox, məhz əhalinin yerdəyişməsinə tərəfdar olduğunu və Azərbaycanın ərazi bütövlüyünə toxunulmazlıq prinsipini necə qətiyyətlə qoruduğunu göstərir. Xruşşovun bu çıxışı erməni millətçilərinin həmin dövrdəki planlarını alt-üst etmişdi.
Qeyd edək ki, bu fakt Azərbaycanın tarixi torpaqları üzərində qurulan saxta iddialara qarşı ən güclü arqumentlərdən biri hesab olunur.
Ruslan MƏMMƏDOV
