Cüdo mundialında Azərbaycana daha bir medal: Rəşid Məmmədəliyev fəxri kürsüdə

07.10.2026

ELAZ.İNFO xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan yığmasının aktivinə daha bir medal yazılıb. Rəşid Məmmədəliyev 73 kiloqram çəki dərəcəsində bürünc medal qazanaraq karyerasında ilk dəfə böyüklər arasında dünya çempionatının fəxri kürsüsünə yüksəlib.

Məmmədəliyev yarışa ardıcıl qələbələrlə başlayıb. O, ilk mərhələdə Kanadanın Castin Lemeyrini, daha sonra Böyük Britaniya təmsilçisi İtan Nairni məğlub edərək 1/4 finala yüksəlib. Burada fransalı Joan-Benjamin Qabaya uduzan cüdoçumuz mübarizəni dayandırmayıb və təsəlliverici mərhələyə keçib.

Bürünc medal uğrunda qarşılaşmalarda əvvəlcə italiyalı Leonardo Valerianini, həlledici görüşdə isə braziliyalı Daniel Kargnini məğlub edən Məmmədəliyev dünya çempionatının medalına sahib olub. Kargninlə görüş kifayət qədər gərgin keçib və qalib yalnız “qızıl xal” mərhələsində müəyyənləşib.

73 kiloqramda dünya çempionu isə yaponiyalı Ryüqa Tanaka olub. Gümüş medal BƏƏ təmsilçisi Mahmadbek Mahmadbekova, digər bürünc medal isə Fransa cüdoçusu Dayyan Bulemtafesə qismət olub. Azərbaycan üçün isə Məmmədəliyevin medalı Bakıda keçirilən mundialın daha bir mühüm nəticəsinə çevrilib.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın
👁20