Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib!

25.11.2026

Azərbaycan ilə Monteneqro arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində növbəti yüksəksəviyyəli görüş baş tutub. Bakıda keçirilən rəsmi qəbulda iki ölkə arasında siyasi dialoq, iqtisadi-investisiya imkanları və enerji əməkdaşlığı gündəliyin əsas mövzuları sırasında yer alıb.

ELAZ.INFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan və Monteneqro arasında ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə enerji, turizm, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Tərəflər qarşılıqlı səfərlərin və yüksəksəviyyəli təmasların iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Ruslan MƏMMƏDOV

👁 150