Enerji və investisiya əməkdaşlığı genişləndirilir!

25.11.2026

Vaşinqton və Nikosiya arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi istiqamətində mühüm diplomatik təmas baş tutub. Enerji təhlükəsizliyindən tutmuş yüksək texnologiyalar və investisiya layihələrinə qədər geniş spektri əhatə edən əməkdaşlıq gündəliyi qarşıdakı həftə Birləşmiş Ştatlarda keçiriləcək yüksəksəviyyəli görüşlərlə davam etdiriləcək.

ELAZ.INFO xarici mediaya istinadən xəbər verir ki, ABŞ səfiri Breslou Kipr Prezidenti Nikos Xristodulidis ilə görüş keçirib. Görüş zamanı tərəflər energetika sahəsindən investisiyalara qədər ABŞ–Kipr əməkdaşlığının genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Bildirilir ki, gələn həftə Prezident Nikos Xristodulidis Amerikanın aparıcı biznes və innovasiya liderləri ilə əlaqələri gücləndirmək məqsədilə ABŞ-ın Nyu-York və Boston şəhərlərinə səfər edəcək.

Ruslan MƏMMƏDOV

👁 170