Masallıda gənc musiqiçilər üçün peşəkar sənət məktəbi

Cənub bölgəsində musiqi təhsilinin inkişafı və gənc istedadların ifaçılıq bacarıqlarının təkmilləşdirilməsi istiqamətində növbəti yaradıcılıq təşəbbüsü reallaşdırılıb. Masallı şəhərində fortepiano ixtisası üzrə peşəkar ustad dərsi təşkil olunub.
ELAZ.INFO xəbər verir ki, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə noyabrın 24-də Masallı şəhər Onbirillik İncəsənət Məktəbində fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.
Tədbir çərçivəsində iştirakçılara fortepiano ifaçılığı üzrə metodiki tövsiyələr verilib, peşəkar sənət yanaşmaları bölüşülüb və gənc musiqiçilərin bacarıqlarının inkişafına yönəlmiş praktiki məşğələlər aparılıb.
Ruslan MƏMMƏDOV




