Çin kosmosda yeni mərhələyə qədəm qoydu: “Shenzhou-24” kosmik gəmisi uğurla orbitə buraxıldı!

25.11.2026

Çin Xalq Respublikası özünün pilotlu kosmik proqramı çərçivəsində növbəti mühüm uğura imza atıb. Orbitdə fəaliyyət göstərən Çin kosmik stansiyasına yeni heyətin göndərilməsi ilə kosmosda 90-dan çox elmi təcrübənin və texnoloji sınağın icrasına start verilib.

ELAZ.INFO xarici mediaya istinadən xəbər verir ki, çərşənbə günü səhər saatlarında “Shenzhou-24” pilotlu kosmik gəmisi uğurla kosmosa buraxılıb. Bu uçuş Çin kosmik stansiyasının tətbiqi və inkişafı mərhələsində səkkizinci pilotlu missiya, ümumilikdə isə Çinin pilotlu kosmik proqramı çərçivəsində sayca 41-ci uçuşdur. Missiya çərçivəsində kosmonavtlar tərəfindən 90-dan çox elmi eksperiment və texnoloji sınağın həyata keçirilməsi planlaşdırılır. Uçuşun əsas məqsədlərinə “Shenzhou-23” missiyasının heyəti ilə orbitdə növbə dəyişikliyini tamamlamaq, kosmik stansiyanın gündəlik iş rejimini təmin etmək, elmi-tədqiqat və təcrübə-konstruktor işləri aparmaq, eləcə də texniki xidmət, ictimai maarifləndirmə tədbirləri və yük sınaqlarını icra etmək daxildir.

Qeyd edək ki, indiyədək Çin kosmosa ümumilikdə 32 astronavt göndərib və onların arasında bir nəfər pakistanlı astronavt da yer alır.

Ruslan MƏMMƏDOV

👁 130