Rusiyanın hücumları Ukraynanın Odessa vilayətində iki nəfərin həyatına son qoyub

25.11.2026

ELAZ.İNFO xəbər verir ki, noyabrın 24-dən 25-nə keçən gecə Rusiyanın Ukraynanın Odessa vilayətinə endirdiyi zərbələr nəticəsində iki nəfər ölüb, daha bir nəfər yaralanıb. Həlak olanlardan birinin yeniyetmə olduğu bildirilir. Hücum zamanı avtomobillərə, dayanacağa və istehsal obyektinə də ziyan dəyib.

Ukraynanın paytaxtı Kiyevdə də yaşayış binasının yaxınlığına pilotsuz uçuş aparatının düşməsi nəticəsində yanğın baş verib. Hadisə zamanı iki nəfərin xəsarət aldığı, binanın fasadının və yaxınlıqdakı tikililərin pəncərələrinin zədələndiyi açıqlanıb.

İlahə BAYINDIR

👁 170