Transmilli cinayətkarlığın coğrafiyası genişlənir

ELAZ.İNFO “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilinə istinadən xəbər verir ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilib.
Sərənccamda eyd edilib ki, Azərbaycanda da bu hallara rast gəlinilir, vətəndaş iş adıyla aldanılaraq xarici ölkəyə aparılır və həmin ölkədə pasportu əlindən alınaraq mütəşəkkil cinayətkar qrupun girovuna çevrilir:
Beynəlxalq aləmdə transmilli cinayətkar qrupların fəaliyyəti genişlənib və yeni dövlətlər hədəf seçilib. Avrasiya bölgəsində vəziyyət daha mürəkkəbdir, şəbəkələnmiş transmilli cinayətkar qrupların sayı artıb. Cənubi Koreyada bir cinayət hadisəsinin təhqiqatı minlərlə üzvü olan şəbəkənin üzə çıxmasına yol açıb. Məsələyə Cənubi Koreya Prezidenti Li Çje Myon da müdaxilə edərək, təhqiqatı şəxsi nəzarətinə götürüb. Prezident xaricdəki Koreya vətəndaşlarına qarşı törədilən cinayətlərə qarşı hökumət səviyyəsində hərtərəfli tədbirlər görülməsinə çağırış edib. Cənubi Koreya hökuməti istintaq tədbirlərini və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə Transmilli Cinayətlər üzrə Xüsusi Cavab Qrupu yaradıb. Bu qrupun fəaliyyəti nəticəsində fırıldaqçı təşkilatlarla əlaqəsi olan 137 nəfər Cənubi Koreyaya qaytarılıb. Xüsusi qrup fəaliyyətə başladığı vaxtdan bəri təxminən 1000 nəfər həbs edilib”.
Məqalədə vurğulanıb ki, “Romantik fırıldaqçılıq” adı verilən təhqiqat nəticəsində Cənubi-Şərqi Asiyanın cinayətkar kartellərinə kömək etməkdə günahlandırılan yüzlərlə gənc məhkum edilib və bu, hələ son deyil:
“Məhkum edilən cənubi koreyalı gənclər böyük və asan pul qazanmaq perspektivi ilə Cənub-Şərqi Asiyanın cinayətkar sindikatlarının fəal üzvlərinə çevriliblər. Cənubi Koreya polisinin təhqiqatı dərinləşdikcə, regional cinayətkar şəbəkənin miqyasının böyüklüyü aydınlaşıb. Təhqiqat 25 yaşlı cənubi koreyalı gəncin Kambodcada otellərin birində yüksək məvaciblə iş elanına uyğun olaraq bu ölkəyə səfərindən başlayıb. Məlum olub ki, yüzlərlə gənc saxta saytlardakı “iş elanı” ilə aldadılıb. Gənclər getdikləri ölkədə oteldə çalışmaq əvəzinə cinayətkar mərkəzlərin ofislərində işə götürülüblər”.
Aydan




