Badamdarda torpaq sürüşməsi davam edir, çatlar genişlənib

ELAZ.İNFO xəbər verir ki, Bakının Səbail rayonunun Badamdar–20-ci sahə ərazisində torpaq sürüşməsi ilə bağlı vəziyyət diqqətdə saxlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin apardığı son müşahidələr sürüşmə prosesinin davam etdiyini, ərazidə mövcud çatların isə genişləndiyini göstərib.
Aidiyyəti qurumlar ərazidə mütəmadi monitorinq aparıldığını bildirirlər.
Sürüşmə sahəsində vəziyyətin dəyişməsi yaşayış evləri və yaxınlıqdakı obyektlər üçün təhlükəsizlik məsələsini ön plana çıxarır.
İlahə BAYINDIR
130




