Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, beş ekipaj üzvü həlak olub

25.11.2026

ELAZ.İNFO xəbər verir ki, Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, beş ekipaj üzvü həlak olub

Türkiyənin Əskişəhər vilayəti yaxınlığında təlim uçuşu həyata keçirən hərbi helikopter qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində helikopterdə olan beş ekipaj üzvünün hamısı həyatını itirib.

“AS532 Cougar” tipli helikopterin təlim uçuşu zamanı qəzaya uğradığı bildirilir. Xilasedicilər hadisə yerinə çatdıqdan sonra ekipaj üzvlərinin həlak olduğunu təsdiqləyiblər. Qəzanın səbəbləri ilə bağlı araşdırmanın aparılması gözlənilir.

İlahə BAYINDIR

👁 140
Teqlər: