Çin Azərbaycana mina təmizlənməsi üçün maliyyə dəstəyi ayırıb

25.11.2026

ELAZ.İNFO xəbər verir ki, Çin Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərib. Bununla bağlı sənədin təqdimatı Ağdamda keçirilib. Çinin Azərbaycandakı səfiri Lu Mey bölgəyə səfəri zamanı ANAMA-nın Namirli kəndi ərazisində apardığı əməliyyatlarla və qurumun Ağdam mobil bazasının imkanları ilə tanış olub.

Təqdimat zamanı Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə mina çirklənməsinin miqyası, aparılan təmizləmə işləri və istifadə olunan texnologiyalar barədə məlumat verib. Çin tərəfi isə humanitar minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.

İlahə BAYINDIR

👁 140
Teqlər: