Misirin cənubunda mikroavtobusla yük maşını toqquşub: 10 ölü

ELAZ.İNFO xəbər verir ki, Misirin cənubundakı Əsvan vilayətində mikroavtobusla yük maşınının toqquşması ağır nəticələnib. Qəza nəticəsində 10 nəfər həlak olub, yeddi nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə Əsvan–Əbu-Simbel avtomobil yolunun 110-cu kilometrliyində baş verib. Yaralılara tibbi yardım göstərilməsi üçün yerli səhiyyə qurumlarına tapşırıq verilib.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
Günel GÜNTAC
170




