“Prime Cotton” MMC-yə öyrənmə turu təşkil edilib

25.11.2026

Gənclərin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi və real istehsalat mühiti ilə yaxından tanış olmaları məqsədilə növbəti maarifləndirici tədbir həyata keçirilib. Tələbələr pambıqçılıq və emal sənayesinin müasir iş prinsiplərini yerində öyrənmək imkanı qazanıblar.

ELAZ.INFO xəbər verir ki, 2026-cı il noyabrın 25-də təcrübə fəaliyyəti çərçivəsində tələbələrin “Prime Cotton” MMC-yə öyrənmə turu təşkil olunub. Tanışlıq səfəri zamanı tələbələrə müəssisənin ümumi fəaliyyət istiqamətləri, pambığın emalı mərhələləri və müasir istehsalat prosesi barədə ətraflı məlumat verilib. Gənclər həmçinin zavodda tətbiq olunan qabaqcıl avadanlıq və texnologiyalarla, eləcə də sənaye müəssisələrində işin təşkili və əməyin təhlükəsizliyi qaydaları ilə yaxından tanış olublar. Görüşün sonunda mütəxəssislər tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb və onların gələcək peşə fəaliyyətləri üçün faydalı tövsiyələr təqdim edilib.

Ruslan MƏMMƏDOV

👁 220