Çində Şanxay Kommunist Partiyasının rəhbəri barəsində araşdırma başlanıb

25.11.2026

ELAZ.İNFO xəbər verir ki, Çinin Şanxay şəhərinin Kommunist Partiyası üzrə rəhbəri Çen Cinin barəsində araşdırma aparıldığı açıqlanıb. “Sinxua” dövlət xəbər agentliyinin yaydığı məlumata görə, o, ciddi intizam və qanun pozuntularında şübhəli bilinir.

62 yaşlı Çen Cinin ölkənin hakim Kommunist Partiyasının Siyasi Bürosunun üzvüdür. Onun barəsində araşdırma Çində yüksək vəzifəli şəxslərə qarşı davam edən antikorrupsiya kampaniyasının növbəti mərhələsi kimi qiymətləndirilir.

Şanxay Çin üçün həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyan şəhərdir. Buna görə şəhərin rəhbər şəxsi barəsində araşdırmanın başlanması ölkənin siyasi elitasında baş verən proseslər baxımından xüsusi diqqət çəkir.

İlahə BAYINDIR

👁 140
Teqlər: