UEFA Çempionlar Liqasında beşinci turun oyunları keçirilib

ELAZ.İNFO xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində beşinci turun oyunları başlayıb. İlk oyun günündə bir neçə qarşılaşma futbol azarkeşlərinin diqqətini cəlb edib.
Madrid “Real”ı PSV-ni 5:1 hesabı ilə məğlub edərək turun ən inamlı qələbələrindən birinə imza atıb. “Arsenal”la Dortmund “Borussiya”sı 1:1 hesablı heç-heçə edib. “Mançester Siti” və “Napoli” arasında görüş isə 2:2 hesabı ilə başa çatıb.
Türkiyənin “Qalatasaray” klubu da “Aston Villa” üzərində 1:0 hesablı qələbə qazanıb. Beşinci turun nəticələri komandaların liqa mərhələsindəki mövqelərinə təsir göstərəcək və növbəti oyunların əhəmiyyətini daha da artıracaq.
İslam MAHMUDOV
60




