2024-cü ildə evlənən və bu yaxınlarda ilk dəfə valideynlik sevincini yaşayan qızları dünyaya gətirən aktrisa İrem Helvacıoğlu və iş adamı Ural Kaspar boşanıblar.
ELAZ.İNFO xəbər verir ki, “Sen Anlat Karadeniz” serialındakı rolu və sonradan “Yürek Çıkmazı”, “Karadut” və “Annenin Sırrıdır Çocuk” kimi çoxsaylı layihələrdə rol alması ilə tanınan İrem Helvacıoğlu, iş adamı Ural Kasparla 28 oktyabr 2024-cü ildə evlənib. Xoşbəxtliyə “hə” dedikdən qısa müddət sonra cütlük körpə gözlədiklərini açıqlayıb. 2025-ci ilin oktyabrında qızları Sora dünyaya gəlib. Əvvəllər ayrılıq şayiələri olsa da, Helvacıoğlu iddiaları təkzib etmişdi.
Lakin Helvacıoğlu və Kaspar haqqında kədərli xəbər gəlib. 2. Sayfa-nın məlumatına görə, cütlüyün bir il yarım davam edən evliliyi tək məhkəmə iclasında başa çatıb.
Günel GÜNTAC