ELAZ.İNFO xəbər verir ki, Prezident Ərdoğan, “Türkiyə tərəflər razı olarsa, danışıqların davam etdirilməsi üçün bütün asanlaşdırıcı addımları dəstəkləməyə hazırdır” dedi
Prezident Ərdoğan eyni zamanda ABŞ-İran atəşkəsi və Hörmüz boğazı ilə bağlı mesajlar verib.
Sözardı: “DÜNYA GÜC VƏ İSTİQAMƏT BÖHRANI YAŞAYIR”
Ərdoğanın buradakı çıxışından diqqət çəkən məqamlar bunlardır:
Antalya Diplomatiya Forumu qlobal zəkanın gələcəyi ilə bağlı ümumi ümid platformasına çevrilib.
Qlobal sistemdəki böhran ilk növbədə mənəvi və ekzistensial böhrandır. Böhranın miqyasını görmək üçün 7 oktyabrdan sonra Qəzzaya baxmaq kifayətdir.
Bu gün dünya güc böhranı ilə yanaşı, istiqamət böhranını da yaşayır. Aydındır ki, ciddi və təhlükəli hədddəyik. Dünən Suriya və Qəzzada, bu gün isə İordan çayının qərb sahilində və Livanda bəşəriyyətin ən elementar sınağından çıxa bilməyən bir sistemə necə güvənməyimizi gözləmək olar? Qəzzada baş verənlərə təkcə humanitar faciə kimi baxmaq yetərli deyil. Qəzzada baş verən soyqırım mövcud rejimin nəyə icazə verdiyini açıq şəkildə nümayiş etdirdi.
Natəvan .Bəydili