Qafqaz Albaniyasına dair nadir kitab

ELAZ.İNFO

AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, Antik dövr və Alban Arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent dostum Natiq Alishov-un möhtəşəm bir kitabı dərc edilib və tam əminliklə deyirəm ki, bunu dünya səviyyəsinə qaldırsaq hər kəs həqiqətləri görəcək. Qısa olaraq Natiq barədə onu deyim ki, Ermənistan efirlərində “persona non grata” elan edilən alim dostum onlara araşdırmaları ilə əməlli başlı dağ çəkib.

Dostumun bu araşdırması Cənubi Qafqazın ən qədim xristian ənənələrindən birinin izini sürən, yeraltı məbədlərdən tutmuş monastırlara, trapesvari kilsələrdən qəbir abidələrinə qədər geniş bir materialı əhatə edən həqiqi bir ensiklopediyadır. Bizdə elm yoxdur deyənlərə bu kitab konkret bir cavabdı: Elm var və nümunələrdən biri də təqdim edilən kitabdır.

Kitabın ən güclü tərəfi onun çoxdilli yanaşması – Azərbaycan, ingilis və rus dillərində dərc edilməsi dünya səviyyəsinə onu çatdırmağı zərurəti yaradır, çünki hər bölmə arxeoloji qazıntılar, epiqrafik tapıntılar və memarlıq təhlilləri ilə zənginləşdirilib.

Xüsusilə mağara məbədləri, yarımqazma kilsələr və xaçvari tipli ibadətgahlar haqqında olan fəsillər oxucuda sanki o dövrün qayalar üzərində oyulmuş ibadətgahlarında gəzirmiş hissi yaradır. Bu kitab təkcə arxeoloqlar və tarixçilər üçün deyil, həm də Qafqazın mədəni irsinə həvəs göstərən hər kəs üçün dəyərli bir mənbədir. Natiq Alışov çoxillik tədqiqatlarını yığcam, aydın və hərtərəfli şəkildə təqdim edərək, Qafqaz Albaniyasının xristian mirasını beynəlxalq aləmə əsl tarixini göstərir.

Natiq Alışovun bu kitabını oxuyanda əmin olursan ki, Qafqaz Albaniyasına məxsus xristian abidələrində aparılan arxeoloji tədqiqatlar bir daha xalqımızın zəngin maddi mədəniyyətinə olan əsassız iddiaların kökündə heç bir elmi əsasın olmadığını sübut etməkdədir.

Ən çox xoşuma gələn isə, Natiq peşəkar alim kimi nə quru akademik dildə danışır, nə də populyarlaşdırma adı altında dərinliyi itirir. O, sadəcə götürür və səni mağara məbədlərinə, yarımqazma kilsələrə, trapesvari ibadətgahlara aparır. Sanki kitabın səhifələri arasında gəzir, daşların üstündəki oyma xaçlara toxunursan. Kitabın ən dəyərli cəhəti onun tipoloji çeşidliliyi və xronoloji ardıcıllığıdır. Müəllif sadəcə kilsələri sadalamır – o, onları inşa texnikası, plan quruluşu, funksional təyinatı və məkan mövqeyi baxımından təhlil edir. Mağara məbədləri, dairəvi məbədlər, yarımqazma kilsələr, xaçvari kilsələr, trapesvari kilsələr – hər bir tip ayrıca diqqətə layiqdir. Bu tipologiyanın əyani surətdə verilməsi oxucuya Albaniyanın xristian memarlığının nə qədər zəngin və özünəməxsus olduğunu dərk etdirməyə imkan verir.

Tarixçilərə, arxeoloqlara, memarlıq tarixçilərinə, dinşünaslara, Qafqaz üzrə mütəxəssislərə və bölgənin mədəni irsinə elmi maraq göstərən hər kəsə kitabı oxumağı tövsiyə edirəm.

Zaur Əliyev

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights