Böyük Britaniya Ukraynaya təxminən 290 milyon funt-sterlinq dəyərində yeni dəstək paketi elan edib

Böyük Britaniya Ukraynaya təxminən 290 milyon funt-sterlinq dəyərində yeni dəstək paketi elan edib

Ukrayna ilə beynəlxalq tərəfdaşlar arasında hərbi, diplomatik və strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm görüşlər davam edir. Xüsusilə cəbhə xəttindəki son vəziyyət və yaxınlaşmaqda olan beynəlxalq sammitlər fonunda müttəfiq dövlətlərin Ukraynaya maliyyə və hərbi yardımları genişləndirilir.

ELAZ.İNFO xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilə görüşüb. Görüşdə Ukraynaya göstəriləcək növbəti dəstək addımları, Ankarada keçiriləcək NATO sammitinə hazırlıq, sülhə nail olmaq üçün diplomatik səylər, həmçinin bu prosesin sürətləndirilməsi yolları və mümkün danışıqlar formatları ətraflı müzakirə olunub.

Görüşün yekunlarına dair açıqlama verən Volodimir Zelenski tərəfdaşların ölkəsinin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarını tanımasının vacibliyini vurğulayıb: “Biz, həmçinin cəbhə xəttindəki, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki, o cümlədən Krımdakı vəziyyəti, eləcə də Rusiya daxilində baş verənləri – yanacaq qıtlığını və ictimai əhval-ruhiyyənin dəyişməsini müzakirə etdik”.

Bu diplomatik danışıqlar fonunda Böyük Britaniya Ukrayna üçün təxminən 290 milyon funt-sterlinq (həcmində) yeni dəstək paketini rəsmən elan edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın