Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.
ELAZ İNFO AZƏRTAC-a istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə görə idmançıların ilk rəqibləri bəlli olub.
Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycan 10 çəki dərəcəsində 17 cüdoçu ilə (11 kişi, 6 qadın) təmsil olunacaq. Turnirdə 57 ölkədən 500 idmançı mübarizə aparacaq. 26-28 iyun tarixlərində keçiriləcək Sindao Qran-Prisində ilk yarış günü təsnifat mərhələsi saat 05:00-da, final bloku isə saat 13:00-da start götürəcək.
