Azərbaycan Almaniyadakı casus qalmaqalı ilə bağlı açıqlama verdi


ELAZ.İNFO xəbər verir ki, Almaniyada keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmada Azərbaycanın adının hallanmasına Bakıdan münasibət bildirilib. Azərbaycan Media və Yayım Şurası bu iddiaları rədd edərək məlumatların əsassız olduğunu açıqlayıb.
Məsələ Almaniyanın keçmiş BND rəhbəri August Hanning ətrafında aparılan istintaqla bağlıdır. Reuters-in məlumatına görə, Hanning dövlət sirri xarakterli sənədlərin əldə olunması və xarici kəşfiyyat xidmətinə ötürülməsi ilə əlaqəli şübhələr əsasında saxlanılıb. Almaniya Federal Məhkəməsi daha sonra onun barəsində rəsmi həbs qərarı çıxarıb.
Alman mediasında yayılan məlumatlarda işin Azərbaycanla əlaqələndirilməsi ilə bağlı iddialar da yer alıb. Azərbaycan tərəfi isə bu versiyanı qəbul etmir və ölkənin həmin işə hər hansı formada bağlı olması barədə məlumatları təkzib edir.
Hazırda Almaniyada araşdırma davam edir. İş üzrə hüquqi prosesin nəticəsi ortaya çıxmadan müxtəlif ölkələrlə bağlı səsləndirilən iddialara ehtiyatla yanaşmaq lazımdır. Azərbaycan tərəfinin mövqeyi isə məsələdə hər hansı əlaqənin olmadığını göstərməkdən ibarətdir.
İlahə BAYINDIR





