ABŞ prezidenti Tramp: “Biz noyabrın 3-nə qədər İrana hücum etməyəcəyik”

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla müharibə ilə bağlı yeni açıqlamalar verib.
Tramp noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkilərinə qədər İrana qarşı heç bir hücum etməyəcəklərini açıqlayıb.
Prezident Tramp sosial media hesabındakı paylaşımında İranla müharibənin gedişi ilə bağlı mühüm açıqlama verib.
ABŞ prezidenti Tramp“ONLAR ÇOX PİS VƏZİYYƏTDƏDİR” deyir
Tehranla məhsuldar danışıqlar apardıqlarını qeyd edən Tramp İranın həm iqtisadi, həm də hərbi baxımdan “çox pis vəziyyətdə” olduğunu, Hörmüz boğazından gündəlik milyonlarla barel neftin keçdiyini bildirib.
Aydan
1. 280




