ELAZ.İNFO xəbər verir ki, Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkarlanması ilə bağlı araşdırma başlanılıb.
Məlumata görə, hadisə avqustun 20-də qeydə alınıb. Faktla əlaqədar Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluqdan bildirilib ki, hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırma tədbirləri həyata keçirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
Günel GÜNTAC


