Van İ Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon

Çin və Cənubi Koreya arasında mühüm görüş: Şimali Koreya da gündəmdə

ELAZ.İNFO xəbər verir ki, Çinin xarici işlər naziri Van İ Cənubi Koreyada səfərdədir.

Avqustun 19-20-də baş tutan səfər çərçivəsində Çin və Cənubi Koreya arasında ikitərəfli münasibətlər, Koreya yarımadasındakı vəziyyət və regional təhlükəsizlik məsələləri müzakirə olunur.

Van İ Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ilə görüşüb. Tərəflərin danışıqlarında Şimali Koreyanın nüvə və hərbi məsələləri də gündəmdə olub.

Çin rəsmisi Koreya yarımadasında sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

Bundan başqa, Pekin və Seul arasında noyabr ayında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində iki ölkənin liderlərinin görüşünün keçirilməsi məsələsi də müzakirə olunur.

Qeyd edək ki, Van İ-nin səfəri Çin-Cənubi Koreya münasibətlərinin yenidən canlandırılması baxımından mühüm diplomatik addım kimi qiymətləndirilir.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın