Міністерство закордонних справ України

Kiyevdə gecə raket hücumu: ölən və yaralananlar var

ELAZ.İNFO xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə gecə saatlarında raket hücumları həyata keçirilib.

Hadisə nəticəsində şəhərin müxtəlif ərazilərində partlayış səsləri eşidilib, bir sıra obyektlərdə yanğın baş verib və dağıntılar qeydə alınıb.

Ukrayna rəsmilərinin yaydığı məlumatlara görə, hücumlar nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Kiyev və digər yaşayış məntəqələri müharibənin başlanmasından bəri Rusiyanın raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır.

Hadisə ilə bağlı xilasetmə və təhlükəsizlik xidmətlərinin fəaliyyəti davam etdirilir.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın