ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın “Sabah” futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsrailin “Hapoel Beer-Şeva” komandasına məğlub olub.
Beer-Şeva şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar. Qarşılaşmanın ikinci hissəsində “Hapoel Beer-Şeva” hesabı dəyişərək üstünlüyünü qoruyub.
Məlumat üçün bildirək ki, cavab qarşılaşması Bakıda keçiriləcək. “Sabah” növbəti mərhələyə yüksəlmək üçün doğma meydanda ən azı iki top fərqi ilə qələbə qazanmalıdır.
İslam MAHMUDOV


