ELAZ.İNFO xəbər verir ki, avqustun 20-21-də Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bir sıra bölgələrində güclü külək gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hava şəraitinin bəzi ərazilərdə küləkli olacağı nəzərə alınaraq sarı xəbərdarlıq elan edilib.
Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, bəzi bölgələrdə isə küləyin sürətinin daha yüksək olacağı bildirilir.
Sinoptiklər əhaliyə, xüsusilə açıq ərazilərdə olan şəxslərə küləkli hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirlər.
Qeyd edək ki, avqustun 20-də ölkənin bəzi dağlıq ərazilərində yağış, leysan, şimşək və dolu ehtimalı da var.
Günel GÜNTAC


