ELAZ.İNFO xəbər verir ki, Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Şamaxı–Pirqulu avtomobil yolunun Qızmeydan kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Niva” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
Hadisə zamanı avtomobildə olan Şövkət Aslanova aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Avtomobili idarə edən Mətləb Aslanov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Beləliklə, qəza nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan şəxslərin çıxarılması üçün əraziyə cəlb olunub. Xilasedicilər avtomobili çətin relyefli ərazidən çıxarıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi hazırda araşdırılır.
Faktla bağlı araşdırma aparılır.


