Hacıqabulda qəza: 5 nəfər xəsarət alıb

Hacıqabulda qəza: 5 nəfər xəsarət alıb

ELAZ.İNFO xəbər verir ki, Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə barədə məlumat avqustun 21-də səhər saatlarında yayılıb. İlkin məlumata əsasən, qəza rayon ərazisində baş verib və xəsarət alan şəxslər tibbi yardım üçün xəstəxanaya çatdırılıblar.

Hazırda yaralanan şəxslərin vəziyyəti və qəzanın başvermə səbəbləri ilə bağlı əlavə məlumatların dəqiqləşdirilməsi aparılır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma həyata keçirilir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın