ELAZ.İNFO xəbər verir ki, İsmayıllı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, yol-nəqliyyat hadisəsi avqustun 20-də günorta saatlarında rayon ərazisində baş verib. Qəza zamanı “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində ölənlərdən birinin 2026-cı il təvəllüdlü körpə, digərinin isə 60 yaşlı Elina Məmmədova olduğu bildirilib.
Xəsarət alan şəxslər tibbi yardım üçün xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, fakt üzrə cinayət işi başlanılıb və araşdırma aparılır.
Qəzanın hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırmalar davam etdirilir.
Günel GÜNTAC


