Elaz.info xəbər verir ki, Azərbaycanda turizm sektorunun inkişafı çərçivəsində üç yeni turizm və rekreasiya zonasının yaradılması, eləcə də səkkiz yeni dağ-piyada marşrutunun hazırlanması nəzərdə tutulur.
Bu barədə 2026–2030-cu illər üzrə Turizmin İnkişafı Dövlət Proqramında məlumat verilib.
Sənəddə turizm məhsullarının şaxələndirilməsi və ölkənin müxtəlif bölgələrinin turizm imkanlarından daha səmərəli istifadə olunması istiqamətində bir sıra hədəflər müəyyənləşdirilib.
Yeni turizm və rekreasiya zonalarının yaradılması ilə yanaşı, dağ-piyada marşrutlarının hazırlanmasının da bölgələrdə turizm fəaliyyətinin genişlənməsinə və təbiət turizminə marağın artırılmasına xidmət edəcəyi gözlənilir.
Qeyd edək ki, dövlət proqramında turizm sahəsində idarəetmənin təkmilləşdirilməsi və rəqabətqabiliyyətli turizm məhsullarının hazırlanması da əsas istiqamətlərdən biri kimi göstərilib.
İlahə BAYINDIR


