Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti taxıl tədarükü həyata keçiriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti taxıl tədarükü həyata keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl tədarükünün həyata keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, Azərbaycan ərazisindən tranzitlə Ermənistana ümumilikdə 11 vaqonda 1108 ton buğda və 4 vaqonda 273 ton arpa göndəriləcək.

Taxıl yüklərinin daşınması “Azərbaycan Dəmir Yolları”nın infrastrukturu vasitəsilə həyata keçiriləcək. Bu, Rusiya ilə Ermənistan arasında yük daşımalarında Azərbaycan ərazisindən tranzit imkanlarından istifadənin növbəti nümunəsidir.

Məlumat üçün bildirək ki, son dövrdə regionda nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi fonunda Azərbaycan üzərindən tranzit daşımaların həyata keçirilməsi diqqət çəkən məsələlərdəndir.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın