Türkiyədə NATO hərbi blokunun 36-cı zirvə toplantısının keçirilməsi, yeni dünya nizamının qurulması prosesində olduqca diqqət çəkən bir hadisədir. Dünyanın 32 ölkəsini, Avropa və Şimali Amerika ölkələrini birləşdirən bu hərbi blokun zirvə toplantısının Ankarada keçirilməsi də bir çox mətləblərə aydınlıq gətirir. Bu gün dünyada güclərin hegemonluğu, yəni daha üstün mövqedə olması uğrunda gedən müharibədə qarşıdurma elə həddə çatıb ki, “Alyansın Ölkə” rəhbərləri anlayır ki, Türkiyəsiz onlar heç nə edə bilməyəcəklər. Türkiyə son 30 ildə iqtisadi və hərbi cəhətdən inkişaf edib, müstəqil siyasət aparır, Ərəb ölkərərində və Orta Asiyada nüfuzu artır, Türk Dövlətləri Təşkilatını həmkarları ilə birgə gücləndirməklə də öz güc mərkəzini formalaşdırır. NATO-nun sammitini Ankarada keçirməklə və Türkiyəyə xüsusi önəm verməklə Türkiyəni daha çox Alyansa bağlamaq, onun problemləri ilə Ankaranı məşqul etməklə onun Orta Asiyadan uzaqlaşdırmaq kimi məqsədləri də vardır.
Bu gün Ukrayna ilə Rusiya arasında gedən müharibədə Alyans ölkələri Ukraynaya yardımlar edir. Faktiki olaraq Ukrayna ərazisində Rusiya ilə NATO müharibə aparır. İranı da məğıub olmağa qoymayan, onu daha böyük fəlakətə qədər aparacaq yardımlarları da Rusiya və Çin edir. Hər iki tərəfin iddiaları böyükdür. Heç bir tərəf barışığa gətirəcək təkliflər etmir. Bu gərgin olan ziddiyyətli qarşıdurmalar daha böyük müharibəlrə gətirə bilər. Buna görə də Alyans Avropanın neytral ölkələrini də özünə üzv edir. Finlandiya, Polşa, Pribaltika ölkələri və s. Qərb güc mərkəzinin və NATO-nun beyin mərkəzi yəqin ki, qısa və uzun müddətli proqramını artıq yazıb. NATO zirvə sammitinin Türkiyədə keçirilməsi də, Türkiyəyə xüsusi münasibətin göstərilməsi də yəqin ki, qlsa müddətli plana daxildir. Geostrateji məntiqi düşünsək göstərir ki, uzun müddətli planda isə Türkiyəni, gələcəkdə ola biləcək Rusiya və İranla daha böyük açıq müharibəyə hazırlamaqdır. Məntiqi olaraq düşünə bilərik ki, ona görə də İngiltərə bu hadisələrdə özünü geriyə çəkilmiş kimi göstərir. Abropa Birliyindən çıxır, Ukrayna və İran müharibələrində özünü passiv kimi göstərir.
Avropada NATO üzvü olan ölkələrin hərtbi gücü birlikdə, Türkiyənin hərbi gücü qədər deyil. Onlar açıq müharibə etmək vərdişlərini yadırğayıblar. Demək geostrateji məntiq göstərir ki, onlar, Türkiyəni Rusiya və İrana qarşı gələcəkdə daha böyük müharibəyə hazırlayırlar. Azərbaycan Respublikası Türkiyə ilə strateji müttəfiqdir. deməli biz də bu uzun müddətli planda varıq. Bu gün Türkiyədə keçirilən NATO-nun zirvə toplantısında gördüyümüz səmimi görüşlər, cənab R.T. Ərdoğana səmimi sözlər demək, əlindən öpmək və s. isti münasibət ancaq əsas məqsədi gizlətmək, fikirlərini nəticələrlə əsasladırmaq üçündür. Müstəqil Ukrayna dövlətinə yardım etmək, beynəlxalq qanunları qorumaq adı altında və s. fikirlərlə Alyans öz hərəkətlərinə haqq qazandırır. Beynəlxalq aləmdə hadisələri, və əsas uzun müddətli planlarını elə ustalıqla təbliq ediblər ki, bütün siyasətcilər, bütün fikirlərini yalnız nəticələr üzərində aparırlar. Hadisələrin əsas səbəbi unudukur. Ona görə də bu gün baş verən hadisələrin əsas səbəbini və gələcəkdə hadisələri düzgün proqnoz edə bilmirik.
Tarixi hadisələri yada salıb onları mahiyyətini bu gün baş verən hadisələrin mahiyyəti ilə eyni olduğunu görərik. Türkiyəni uzun illər Avropa İttifaqına buraxmırlar. Nədən indi Türkiyə onlara yaxın oldu? 1680-ci ildə üç illik danışıqlardan sonra Moskvanın səyləri ilə bütün Avropa dövlətləri Türkiyəyə qarşı koalisiyada birləşdi. Bu hadisədən sonra Osmanlı tədricən zəiflədi və Avropadan sıxışdırtıldı. Budan da əvvəl Avropa dövlətləri həm Osmanlı həm də Səfəvilər dövlətinə elçilər göndərərək yalanlarla hər kimi dövləti bir-birinə qarşı müharibəyə təhrik edirdilər. Hər dəvə qan qardaşlar müharibə edəndə bütün Avropa 40 gün bayram edərdi. Və ya daha sonra Azərbaycan xalqının qurduğu Qacarlar dövlətini nəyə görə farsaşdırıb özlərindən asılı ouncaq dövlət etdilər? O zaman məqsəd Avropada və dünyada daha böyük mövqeyə malik olmaqdır. Bu gün də bu səbəb bütün hadisələrə əsas səbəb olaraq qalmaqdadır!
İnanırıq ki, Türkiyə rəhbərliyi və prezident cənab Rəcəb Tayyib Ərdoğan hadisələrin mahiyyətini və səbəbini bilir. İnanırıq ki, Türkiyə Prezidenti Qərb güc mərkəzinin hazırladığı uzun müddətli planın fərqindədir. Onlar hadisələri elə məcraya gətirərlər ki, Ukraynaya yardım etmək adı altında Türkiyə Rusiya ilə üz-üzə açıq döyüşə girmək məcburiyyətində qala bilər. Türkiyə rəhbərləri Alyans rəhbərlərinin sözünə yox, əməlinə baxmalıdır. Hər hansı döyüşdə Türk əsgəri ancaq öz torpaqlarını və öz xalqını və Türk dünyasını qorumalıdır! Planlaşdırılan Rusiya və ya İran və ya uzaq gələcəkdə Çinlə ola biləcək döyüşdə Avropa ölkələrindən neçə əsgər döyüşdə iştirak etsə, bir o qədər də Türk əsgəri olmalıdır.
Ümumiyyətlə tarixi Tütk dövlətləri hər zaman dünyada ədalətin, bərabərliyin, sülhün müdafiyəcisi olub. İnanırıq ki, babalarımızdan, dədələrimizdən qalan bu ənənəni yaşadacağıq! İnanırıq ki, Türk Dövlətləri Təşkilatı (TDT) dünyada ədalətli güc mərkəzinə çevriləcək!
Tahir Ələkbərov


