Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevi bıçaqlayan şəxs həbs edilib

ELAZ.İNFO xəbər verir ki, 2002-ci ildə Yevlax rayonunda anadan olmuş Hüseynzadə Ramin Əlisahib oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq əməlinin silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilməsi maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

Məhkəmə materiallarından məlum olub ki, Ramin Hüseynzadə bir müddət Elşad Vəliyevin ailəsinə məxsus restoranda ofisiant işləyib. Həmin dövrdə o, qanunsuz olaraq qaraja daxil olub, bələdiyyə sədrinə məxsus avtomobilin şüşələrini sındırıb. Hadisədən sonra Elşad Vəliyev onu bağışlasa da, işdən çıxarıb.

Bundan sonra Ramin Hüseynzadə Elşad Vəliyevdən qisas almaq məqsədilə, sonuncu Naxçıvanda olduğu dövrdə təxminən bir ay ərzində onun yaşadığı evin yaxınlığında gözləyib. Bələdiyyə sədrini gördükdə isə ona bıçaqla hücum edib və “Gör səni indi necə öldürürəm, məhv edirəm” kimi ifadələr səsləndirib.

Məhkəmənin hökmü ilə Ramin Hüseynzadə C!n4yət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan c!n4yət əməlini törətməkdə təqsirli bilinib. Ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aydan

Bizi izləyin və paylaşın