Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Ziya Öztürkler ilə rəsmi görüş keçirilib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Ziya Öztürkler ilə rəsmi görüş keçirilib

Türk dövlətləri arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) reallaşdırılan rəsmi səfər çərçivəsində nümayəndə heyəti ŞKTC Milli Məclisinin sədri Ziya Öztürkler tərəfindən qəbul edilib.

ELAZ.İNFO xəbər verir ki, səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı da iştirak edib.

Görüş zamanı Türk dünyasının qlobal miqyasda həmrəyliyi, parlamentlər səviyyəsində əməkdaşlıq platformalarının daha da genişləndirilməsi, ortaq milli-mənəvi və mədəni dəyərlərin gələcək nəsillər üçün qorunub saxlanılması, eləcə də perspektiv birgə fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə xüsusi olaraq vurğulanıb ki, qardaş türk dövlətlərinin qanunverici orqanları arasında əlaqələrin daha dinamik xarakter alması bütövlükdə türk coğrafiyasının siyasi və mənəvi inteqrasiyasına mühüm töhfə verir.

Görüşün yekununda nümayəndə heyətinin üzvləri göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə ŞKTC Milli Məclisinin sədri Ziya Öztürklerə dərin təşəkkürlərini bildirərək, bu cür qarşılıqlı təmasların bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın