"Kraudfandinq haqqında qanun startaplar və kiçik biznes üçün inqilabi dönüş yarada bilər"

Kraudfandinq haqqında qanun startaplar və kiçik biznes üçün inqilabi dönüş yarada bilər

Azərbaycan Respublikası Milli Məclisində ölkənin rəqəmsal iqtisadiyyat ekosistemi üçün mühüm əhəmiyyət kəsb edən “Kraudfandinq haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin parlamentdəki müzakirəsi zamanı çıxış edən Milli Məclisin deputatı Razi Nurullayev sənədin əhəmiyyətini yüksək qiymətləndirməklə yanaşı, onun icrası ilə bağlı bir sıra ciddi məqamlara və narahatlıqlara toxunub.

ELAZ.İNFO xəbər verir ki, deputat bu qanunun sadəcə növbəti hüquqi sənəd olmadığını, bürokratik əngəllərə və inhisarçılığa qurban verilməyəcəyi təqdirdə startapların və kiçik sahibkarlığın alternativ maliyyələşdirilməsində inqilabi dönüşün hüquqi təməlini qoyacağını vurğulayıb. Razi Nurullayev bankların ağır girov tələbləri və yüksək faiz dərəcələri qarşısında çətinlik çəkən gənclər və startaplar üçün rəqəmsal platformalar vasitəsilə birbaşa insanlardan və investorlardan vəsait toplamaq imkanının yaranmasını yüksək qiymətləndirib.

Millət vəkilinin sözlərinə görə, kapital bazarlarına çıxışın əlçatan olması sayəsində təkcə böyük şirkətlər deyil, hətta cibində cəmi 100 manatı olan sıravi vətəndaş belə perspektivli bir startapa yatırım edərək pay sahibi ola biləcək. Bu isə əhalinin yığımlarının iqtisadiyyata cəlb olunmasını və yeni ideyaların sürətlə reallaşmasını təmin edəcək. Bununla belə, deputat cəmiyyətin bu sahədə bilik səviyyəsinin aşağı olduğunu qeyd edərək, imkanlar və risklər barədə indidən geniş maarifləndirmə işlərinə başlamağı təklif edib.

Qanun layihəsinin həm pay müqabilində, həm də borc şəklində vəsait toplamaq imkanlarını, eləcə də investorların qorunması qaydalarını ehtiva edən müsbət tərəflərini sadalayan Razi Nurullayev daxili bazarda çevikliyin qorunmasının vacibliyini xatırladıb: “Kraudfandinqin ruhu çeviklikdir. Startapın vaxtı yoxdur; ideya bu gün aktualdırsa, maliyyə də bu gün tapılmalıdır. Əgər bu sahə həddindən artıq bürokratik tətbiq olunsa, platforma yaratmaq üçün aylarla icazə gözləmək və çoxsaylı sənəd toplamaq tələb edilsə, qanun öz məqsədinə çatmayacaq”.

Müzakirələrin sonunda deputat fəaliyyətə başlamaq istəyənlər üçün qeydiyyat prosesinin maksimal dərəcədə sadələşdirilməsini, eyni zamanda Mərkəzi Bank tərəfindən ciddi nəzarətin həyata keçirilməsini tələb edib. O, maliyyə fırıldaqçılarının insanların savadsızlığından istifadə etməsinin qarşısını almaq üçün qanunun icrasında üç əsas prinsipin — sadə qeydiyyat, şəffaf nəzarət və investorların maarifləndirilməsi prinsiplərinin rəhbər tutulmasını təklif edib.

Ruslan MƏMMƏDOVAzərbaycan Respublikası Milli Məclisində ölkənin rəqəmsal iqtisadiyyat ekosistemi üçün mühüm əhəmiyyət kəsb edən “Kraudfandinq haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin parlamentdəki müzakirəsi zamanı çıxış edən Milli Məclisin deputatı Razi Nurullayev sənədin əhəmiyyətini yüksək qiymətləndirməklə yanaşı, onun icrası ilə bağlı bir sıra ciddi məqamlara və narahatlıqlara toxunub.

ELAZ.İNFO xəbər verir ki, deputat bu qanunun sadəcə növbəti hüquqi sənəd olmadığını, bürokratik əngəllərə və inhisarçılığa qurban verilməyəcəyi təqdirdə startapların və kiçik sahibkarlığın alternativ maliyyələşdirilməsində inqilabi dönüşün hüquqi təməlini qoyacağını vurğulayıb. Razi Nurullayev bankların ağır girov tələbləri və yüksək faiz dərəcələri qarşısında çətinlik çəkən gənclər və startaplar üçün rəqəmsal platformalar vasitəsilə birbaşa insanlardan və investorlardan vəsait toplamaq imkanının yaranmasını yüksək qiymətləndirib.

Millət vəkilinin sözlərinə görə, kapital bazarlarına çıxışın əlçatan olması sayəsində təkcə böyük şirkətlər deyil, hətta cibində cəmi 100 manatı olan sıravi vətəndaş belə perspektivli bir startapa yatırım edərək pay sahibi ola biləcək. Bu isə əhalinin yığımlarının iqtisadiyyata cəlb olunmasını və yeni ideyaların sürətlə reallaşmasını təmin edəcək. Bununla belə, deputat cəmiyyətin bu sahədə bilik səviyyəsinin aşağı olduğunu qeyd edərək, imkanlar və risklər barədə indidən geniş maarifləndirmə işlərinə başlamağı təklif edib.

Qanun layihəsinin həm pay müqabilində, həm də borc şəklində vəsait toplamaq imkanlarını, eləcə də investorların qorunması qaydalarını ehtiva edən müsbət tərəflərini sadalayan Razi Nurullayev daxili bazarda çevikliyin qorunmasının vacibliyini xatırladıb: “Kraudfandinqin ruhu çeviklikdir. Startapın vaxtı yoxdur; ideya bu gün aktualdırsa, maliyyə də bu gün tapılmalıdır. Əgər bu sahə həddindən artıq bürokratik tətbiq olunsa, platforma yaratmaq üçün aylarla icazə gözləmək və çoxsaylı sənəd toplamaq tələb edilsə, qanun öz məqsədinə çatmayacaq”.

Müzakirələrin sonunda deputat fəaliyyətə başlamaq istəyənlər üçün qeydiyyat prosesinin maksimal dərəcədə sadələşdirilməsini, eyni zamanda Mərkəzi Bank tərəfindən ciddi nəzarətin həyata keçirilməsini tələb edib. O, maliyyə fırıldaqçılarının insanların savadsızlığından istifadə etməsinin qarşısını almaq üçün qanunun icrasında üç əsas prinsipin — sadə qeydiyyat, şəffaf nəzarət və investorların maarifləndirilməsi prinsiplərinin rəhbər tutulmasını təklif edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın