Rusiya-Ukrayna müharibəsinin gedişində mühüm infrastruktur obyektlərinin hədəf alınması regionlarda ciddi kommunal problemlərə yol açmaqda davam edir. Növbəti belə hadisə Zaporojye vilayətində qeydə alınıb.
ELAZ.İNFO xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin enerji sisteminə təşkil etdiyi hücumlar nəticəsində bir neçə mühüm energetika obyekti ciddi ziyan çəkib. Regional rəhbərliyin rəsmi nümayəndəsi Yevgeni Balitskinin verdiyi məlumata görə, baş verən dağıntılar səbəbindən vilayətin bir sıra ərazilərində elektrik enerjisinin verilməsində qismən kəsintilər yaranıb.
Hazırda aidiyyəti qurumlar və qəza-bərpa briqadaları tərəfindən energetika obyektlərinə dəymiş ziyanın tam miqyası qiymətləndirilir. Obyektlərin qısa müddətdə bərpa olunması və əhaliyə işığın yenidən fasiləsiz verilməsi istiqamətində işlərin aparıldığı bildirilir.
Ruslan MƏMMƏDOV


